Azərbaycan XİN Zelim Kotsoyevi təbrik edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan XİN Zelim Kotsoyevi təbrik edib

Qafar Ağayev13:06 - 02 / 08 / 2024
Azərbaycan XİN Zelim Kotsoyevi təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) azərbaycanlı cüdoçu Zelim Kotsoyevi Parisdə keçirilən Olimpiya Oyunlarında qazandığı qələbə münasibətilə təbrik edib.

1news.az xəbər verir ki, XİN bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.

“Cüdo üzrə ikinci Olimpiya çempionumuz Zelim Kotsoyevi möhtəşəm nailiyyəti münasibətilə ürəkdən təbrik edirik! Azərbaycanın dövlət himninin sədaları altında üçrəngli bayrağımızı hər zaman fədakarlıqla ucaldan bütün idmançılarımızla fəxr edirik!” – paylaşımda qeyd olunub.

Paylaş:
249

Son xəbərlər

Bakıda kafe yanıb

Bu gün, 11:01
Bütün xəbərlər