Həbsdə olan qardaşına narkotik gətirməkdə şübhəli bilinən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Həbsdə olan qardaşına narkotik gətirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Qafar Ağayev17:28 - 02 / 08 / 2024
Həbsdə olan qardaşına narkotik gətirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Bu barədə 1news.az-a Ədliyyə Nazirliyi Pentensiyar Xidmətindən məlumat verilib.

Bildirib ki, həbs olunmuş şəxs Xəzər Natiq oğlu Cabbarovla görüşə gəlmiş qardaşının üzərinə baxış keçirilən zaman əynindəki şalvarının cibində siqaret qutusunun içərisində gizlədilmiş üç ədəd bükülüdə ümumi təmiz çəkisi 1,042 qram narkotik vasitə hesab olunan heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
210

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər