FHN təhlükəsizlik tələblərinə cavab verməyən avtokranın istismarını dayandırıb - VİDEO - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN təhlükəsizlik tələblərinə cavab verməyən avtokranın istismarını dayandırıb - VİDEO - FOTO

11:43 - 03 / 08 / 2024
FHN təhlükəsizlik tələblərinə cavab verməyən avtokranın istismarını dayandırıb - VİDEO - FOTO

FHN təhlükəsizlik tələblərinə cavab verməyən avtokranın istismarını dayandırıb.

Bu barədə FHN-nin mətbuat xidmətindən 1news.az-a məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində fəaliyyətini davam etdirir.

Bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən Füzuli rayonunun Horadiz şəhərində fəaliyyət göstərən avtokranda plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı avtokranın yük qarmağının yuxarı həddini məhdudlaşdıran avtomatik qurğunun quraşdırılmadığı müəyyənləşdirilib.

Göstərilən halın insan həyatı və sağlamlığı üçün təhlükəsi nəzərə alınaraq, Agentliyin mütəxəssisləri tərəfindən qanunvericiliyə uyğun olaraq inzibati akt tərtib edilməklə avtokranın fəaliyyəti dayandırılıb.

Paylaş:
299

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər