Dağlıq rayonlarda yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Dağlıq rayonlarda yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

16:30 - 05 / 08 / 2024
Dağlıq rayonlarda yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında avqustun 6-da gündüz və 7-si gündüzdən 8-i axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, qısamüddətli (Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan) leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Paylaş:
276

Son xəbərlər

Bütün xəbərlər