Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib - FAKTİKİ HAVA | 1news.az | Xəbərlər
Cəmiyyət

Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib - FAKTİKİ HAVA

09:15 - 05 / 08 / 2024
Əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib - FAKTİKİ HAVA

Avqustun 5-i saat 9:00-a olan məlumata görə əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, lakin axşam Quba-Qusar bölgəsinin dağlıq ərazilərində qısamüddətli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli olub. Düşən yağıntının miqdarı Qusarda (Laza) 32 mm, Qrızda 5 mm, Qubada 4 mm-dək olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-da 37, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 29 dərəcəyədək isti olub.

Paylaş:
117

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər