Polis ötən gün cinayət törətməkdə şübhəli bilinən 69 nəfəri saxlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Polis ötən gün cinayət törətməkdə şübhəli bilinən 69 nəfəri saxlayıb

Qafar Ağayev09:58 - 05 / 08 / 2024
Polis ötən gün cinayət törətməkdə şübhəli bilinən 69 nəfəri saxlayıb

Avqustun 3-də və 4-də ölkə ərazisində qeydə alınan 71, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 82, o cümlədən borclu şəxs qismində axtarışda olan 52 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 43, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.

Paylaş:
170

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər