Nazir: Hidayət Heydərov və Zelim Kotsoyevin sayəsində idmanımızda yeni tarix yazıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: Hidayət Heydərov və Zelim Kotsoyevin sayəsində idmanımızda yeni tarix yazıldı

Qafar Ağayev10:38 - 05 / 08 / 2024
Nazir: Hidayət Heydərov və Zelim Kotsoyevin sayəsində idmanımızda yeni tarix yazıldı

Cüdoçularımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) olimpiya çempionu olmaları sayəsində idmanımızda yeni tarix yazıldı.

1news.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov qurumun rəsmi saytındakı qeydində yazıb.

İdmançılarımızın Paris-2024-dəki çıxışına toxunan nazir cüdoçuların dünya və olimpiya çempionu olmalarını da böyük nailiyyət adlandırıb:

"Əsas məqsədi iştirak olan olimpiadada hər ölkənin idmançıları bayrağını yüksəltmək, himnini səsləndirmək üçün mübarizə aparır. Hidayətin və Zelimin son 2 ay ərzində dünya və olimpiya çempionu titulu qazanmaları böyük nailiyyətdir. Bu münasibətlə onları, Azərbaycan Cüdo Federasiyasını, ümumiyyətlə idman ictimaiyyətimizi təbrik edirəm. Daha bir uğur olimpiya oyunlarının cüdo proqramında Azərbaycanın Yaponiyadan sonra ikinci yeri tutmasıdır. Digər növlərdə idmançılarımız olimpiadada çıxışlarını davam etdirir, növbəti qələbələr üçün əzmlə mübarizə aparırlar".

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Paylaş:
151

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər