Bakıda qadın restorandan 13 min manat və qızıl oğurlamaqda şübhəli bilinir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qadın restorandan 13 min manat və qızıl oğurlamaqda şübhəli bilinir

14:03 - 06 / 08 / 2024
Bakıda qadın restorandan 13 min manat və qızıl oğurlamaqda şübhəli bilinir

Bakıda restorandan 13 min manat oğurlanıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 29-da paytaxtın Səbail rayonu ərazisində yerləşən restoranların birindən içərisində 12750 manat və qızıl qolbaq olan çantanın oğurlanması barədə polisə məlumat daxil olub:
"Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Vəfa Bəylərova müəyyən olunaraq saxlanılıb".

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
258

Son xəbərlər

Bütün xəbərlər