Kürdəmirdə yük avtomobili yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Kürdəmirdə yük avtomobili yanıb

10:09 - 06 / 08 / 2024
Kürdəmirdə yük avtomobili yanıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kürdəmir rayonu, Çölərəb kəndi ərazisində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən 1news.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “DAF” markalı yük avtomobilinin qoşqu hissəsində baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində qoşqunun dörd ədəd təkəri yanıb.

Yük avtomobili və qoşqu yanğından mühafizə olunub.

Paylaş:
192

Son xəbərlər

Bütün xəbərlər