Eyvandan dama yıxılan 23 yaşlı qız belə xilas edildi - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Eyvandan dama yıxılan 23 yaşlı qız belə xilas edildi - VİDEO

14:45 - 07 / 08 / 2024
Eyvandan dama yıxılan 23 yaşlı qız belə xilas edildi - VİDEO

Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində 23 yaşlı qız köməksiz vəziyyətdə qalıb.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yaşayan 2001-ci il təvəllüdlü C.Mircamalova yaşadığı mənzilin eyvanından binanın 3-cü mərtəbəsində yerləşən artırmanın damına yıxılaraq xəsarətlər alıb.

Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı müvafiq vasitələrlə damdan düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Paylaş:
249

Son xəbərlər

Bütün xəbərlər