Astarada aliment üçün mövcud olmayan uşağa qanunsuz sənədlər düzəldilib, araşdırma aparılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Astarada aliment üçün mövcud olmayan uşağa qanunsuz sənədlər düzəldilib, araşdırma aparılır

17:44 - 07 / 08 / 2024
Astarada aliment üçün mövcud olmayan uşağa qanunsuz sənədlər düzəldilib, araşdırma aparılır

Mövcud olmayan uşağa dair qanunsuz şəhadətnamə və şəxsiyyət vəsiqəsi düzəltməkdə şübhəli bilinən Astara rayonunun Kakalos Ailə Sağlamlıq Mərkəzi və Lənkəran rayon Mamusta ASM-in vəzifəli şəxslərinin əməlləri ilə bağlı araşdırma aparılıb.

Bu barədə 1news.az-a Astara Rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, araşdırma zamanı həmin mərkəzlərin vəzifəli şəxsləri tərəfindən vətəndaş Könül Ağayevanın guya 2016-cı ildə uşaq dünyaya gətirməsinə dair rəsmi tibbi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsi, bunun əsasında sonuncunun mövcud olmayan həmin uşağa dair qanunsuz olaraq şəhadətnamə və şəxsiyyət vəsiqəsi əldə etməsi və qeyd olunan saxta sənədlərdən istifadə etməklə məhkəmə qətnaməsi əsasında xeyrinə aliment tutulmasına nail olmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam etdirilir.

Paylaş:
125

Son xəbərlər

Bu gün Xalq şairi Hüseyn Arifin anım günüdür14 / 09 / 2024, 18:20Gələn həftədən Bakı-Xocalı-Xankəndi-Şuşa müntəzəm avtobus reysi istifadəyə veriləcək14 / 09 / 2024, 17:54Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib14 / 09 / 2024, 17:28İntensiv yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ14 / 09 / 2024, 17:06Xəzərdə zəlzələ olub14 / 09 / 2024, 16:48Şəmkirdə qanunsuz tikili sökülüb - VİDEO14 / 09 / 2024, 16:12Bakıda mənzildə köməksiz qalan 2 azyaşlı xilas olunub - VİDEO14 / 09 / 2024, 15:59Azərbaycanın müdafiə nazirinin müavini Çinə gedib, hərbi-texniki əməkdaşlığın inkişafı müzakirə edilib14 / 09 / 2024, 15:30“Azərxalça” Formula 1 Azərbaycan Qran-Prisinə gələnləri xalçaçılıq sənəti ilə tanış edir14 / 09 / 2024, 14:59Fatma Səttarova II Fəxri xiyabanda dəfn edilib14 / 09 / 2024, 14:35Azərbaycan Qran-prisi: "Formula 1"də üçüncü sərbəst yürüş başa çatıb - YENİLƏNİB14 / 09 / 2024, 14:06Baş nazir Əli Əsədov Türkiyənin Ali Məhkəməsinin sədri ilə görüşüb14 / 09 / 2024, 13:46Bazar günü hava necə olacaq? - PROQNOZ14 / 09 / 2024, 13:21İlham Əliyev Fatma Səttarovanın ailəsinə və yaxınlarına başsağlığı verib14 / 09 / 2024, 13:15Azad olunan bölgələrdə xeyli silah-sursat tapılıb14 / 09 / 2024, 12:39Azərbaycan Ordusunun hüquqşünasları, təhqiqat xidmət rəislərinin iştirakı ilə təlim-metodiki toplanış keçirilib14 / 09 / 2024, 12:17Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA14 / 09 / 2024, 12:06Azərbaycan nefti cüzi ucuzlaşıb14 / 09 / 2024, 11:55“Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun növbəti iclası keçirilib - FOTO14 / 09 / 2024, 11:27“Antiterror tədbirləri tariximizin ən mühüm hadisələrindən biridir” - Sevinc Fətəliyeva14 / 09 / 2024, 11:17
Bütün xəbərlər