“Azərbaycan Sənaye Korporasiyası” İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycan Sənaye Korporasiyası” İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

09:39 - 09 / 08 / 2024
“Azərbaycan Sənaye Korporasiyası” İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.

1news.az xəbər verir ki, Fərmanın icrası çərçivəsində informasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti (“ASK” ASC) olub. ASC öz informasiya sistemləri və ehtiyatlarını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindəki “AznTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzinə qismən yerləşdirib. Azərbaycan Sənaye Korporasiyası “AzInTelecom”un təqdim etdiyi Virtual server – IaaS (İnfrastructure-as-a-Service) və Rezervlənmə – BaaS (Backup-as-a-Service) “bulud” xidmətlərini əldə edib. ASK, həmçinin “AzInTelecom” tərəfindən lisenziyalı “Microsoft” məhsulları ilə təmin olunub. Dövlət qurumu İT sistemlərini “Hökumət buludu”na yerləşdirməklə kritik sistemlərin yüksək əlçatanlığını təmin edib.

Məlumat üçün bildirək ki, “ASK” ASC-nin informasiya sistemləri 2019-cu ildən etibarən “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə yerləşdirilib.

Qeyd edək ki, RİNN tərəfindən həyata keçirilən “Hökumət buludu” layihəsinin icraçısı nazirliyin tabeliyindəki “AzInTelecom” MMC-dir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom”a məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Şirkətə məxsus Data mərkəzləri, həmçinin “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyir.

Reklam hüququnda

Paylaş:
333

Son xəbərlər

Azərbaycan QHT-ləri ABŞ və Aİ-də Rusiyaya sanksiyaların tətbiqi və icrasına nəzarət edən qurumların rəhbərlərinə açıq məktub ünvanlayıbBu gün, 10:16Putin ordudakı əsgər sayının artırılması üçün əmr verdiBu gün, 10:06Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 10:018 Noyabr prospektində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilibBu gün, 09:52FHN avtonəqliyyat vasitələri sürücülərinə müraciət edibBu gün, 09:42Bakıda növbəti təhlükəsizlik forumu keçirilibBu gün, 09:26Azərbaycan səfiri etimadnaməsini Nepal Prezidentinə təqdim edibBu gün, 09:23Bakının bu rayonunda qaz olmayacaqBu gün, 09:22AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:10ABŞ Dövlət katibi Azərbaycan Prezidentinə zəng edibBu gün, 09:00Bakının tıxac olan yolları - SİYAHIBu gün, 08:59“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıb16 / 09 / 2024, 19:08Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilib16 / 09 / 2024, 17:58Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurluqda şübhəli bilinən qardaşlar saxlanılıblar16 / 09 / 2024, 17:45Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı16 / 09 / 2024, 17:31Xaricdə işə düzəltmə vədi ilə külli miqdarda pul ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb16 / 09 / 2024, 17:12Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilib16 / 09 / 2024, 16:52Bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var16 / 09 / 2024, 16:32“Formula 1” üzrə Azərbaycan Qran-prisinə görə bağlanan prospekt və küçələr açılıb16 / 09 / 2024, 16:22Mehriban Əliyeva: Bütün məktəblilərə möhkəm cansağlığı, tükənməz enerji, əzmkarlıq və əla qiymətlər arzulayıram16 / 09 / 2024, 16:07
Bütün xəbərlər