Xətaidə yaşayış binasında yanğın olub - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xətaidə yaşayış binasında yanğın olub - VİDEO

Qafar Ağayev10:54 - 09 / 08 / 2024
Xətaidə yaşayış binasında yanğın olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə paytaxtın Xətai rayonu, M.Hadi küçəsində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub.

FHN-nin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın pilləkən qəfəsində baş vermiş yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində 10 kv.m. sahədə taxta tullantıları və 8 p.m. elektrik kabeli yanıb, yüksək temperaturdan 2-ci və 3-cü mərtəbələrin pilləkən qəfəsi deformasiya edib.

Mənzillər yanğından mühafizə olunub.

Paylaş:
209

Son xəbərlər

Bütün xəbərlər