“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin məzun günü baş tutub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin məzun günü baş tutub - FOTO

17:20 - 12 / 08 / 2024
“PAŞA Holding”in dəstəyi ilə təsis edilən Kibertəhlükəsizlik Mərkəzinin məzun günü baş tutub - FOTO

Bir müddət öncə, ölkədə getdikcə artan kibertəhlükəsizlik çağırışlarına cavab olaraq, “PAŞA Holding”in dəstəyi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən İsrailin texnologiya üzrə ən nüfuzlu ali təhsil müəssisəsi – “Technion” İnstitutu ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi təsis edilmişdir.

Sözügedən mərkəzin üçüncü məzun günü keçirilib.

Bu il məzun olan mütəxəssis sayı 60, indiyə qədər isə mərkəzdən məzun olan mütəxəssis sayı isə 120 nəfər təşkil edib. Məzunlar intensiv təlimlərdən sonra kibertəhlükəsizlik sahəsində qabaqcıl biliklərə yiyələniblər və onların 72%-i işlə təmin olunub.

“PAŞA Holding”in dəstəyi ilə Kibertəhlükəsizlik sahəsində regionda lider ölkələrdən hesab edilən İsrailin peşəkar müəllim heyəti Azərbaycana gələrək təlim iştirakçılarını ən son kibertəhlükəsizlik təhdidlərini, tendensiyaları və ən yaxşı təcrübələri əhatə edən bilik və bacarıqlarla təmin ediblər.

Qeyd edək ki, “PAŞA Holding” Azərbaycanda kibertəhlükəsizlik cəmiyyətinin böyüməsi və inkişafının dəstəklənməsinə sadiq qalır. Mərkəzdə ən müasir texnologiya və avadanlıqlarla təchiz olunmuş sinif otaqları, təlim otaqları, simulyasiya otaqları və laboratoriyalar yaradılıb. Tələbələr həmin laboratoriyalarda tədqiqat apara, müxtəlif kibertəhlükəsizlik məhsulları yarada bilirlər.

Reklam hüququnda

Paylaş:
154

Son xəbərlər

Putin ordudakı əsgər sayının artırılması üçün əmr verdiBu gün, 10:06Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 10:018 Noyabr prospektində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilibBu gün, 09:52FHN avtonəqliyyat vasitələri sürücülərinə müraciət edibBu gün, 09:42Bakıda növbəti təhlükəsizlik forumu keçirilibBu gün, 09:26Azərbaycan səfiri etimadnaməsini Nepal Prezidentinə təqdim edibBu gün, 09:23Bakının bu rayonunda qaz olmayacaqBu gün, 09:22AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:10ABŞ Dövlət katibi Azərbaycan Prezidentinə zəng edibBu gün, 09:00Bakının tıxac olan yolları - SİYAHIBu gün, 08:59“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıb16 / 09 / 2024, 19:08Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilib16 / 09 / 2024, 17:58Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurluqda şübhəli bilinən qardaşlar saxlanılıblar16 / 09 / 2024, 17:45Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı16 / 09 / 2024, 17:31Xaricdə işə düzəltmə vədi ilə külli miqdarda pul ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb16 / 09 / 2024, 17:12Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilib16 / 09 / 2024, 16:52Bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var16 / 09 / 2024, 16:32“Formula 1” üzrə Azərbaycan Qran-prisinə görə bağlanan prospekt və küçələr açılıb16 / 09 / 2024, 16:22Mehriban Əliyeva: Bütün məktəblilərə möhkəm cansağlığı, tükənməz enerji, əzmkarlıq və əla qiymətlər arzulayıram16 / 09 / 2024, 16:07Görkəmli pianoçu Elmira Səfərovanın məzarı ziyarət olunub16 / 09 / 2024, 15:22
Bütün xəbərlər