Azərkosmos və “STEAM Azerbaijan” tərəfindən keçiriləcək “CubeSAT” kateqoriyası üzrə müsabiqə elan edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərkosmos və “STEAM Azerbaijan” tərəfindən keçiriləcək “CubeSAT” kateqoriyası üzrə müsabiqə elan edilib

Qafar Ağayev17:45 - 12 / 08 / 2024
Azərkosmos və “STEAM Azerbaijan” tərəfindən keçiriləcək “CubeSAT” kateqoriyası üzrə müsabiqə elan edilib

Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə “Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı 2024” Bakıda keçiriləcək.

1news.az xəbər verir ki, festival çərçivəsində Azərkosmosun dəstəyi ilə “CubeSAT” kateqoriyalı müsabiqə keçiriləcək. Azərkosmosun peyk mütəxəssisləri tərəfindən iştirakçılar üçün kiçikölçülü peyklərin hazırlanması, iştirakçılara mentorluq və jüri olaraq qiymətləndirilmə prosesində dəstək göstəriləcək.

Müsabiqədə iştirak üçün 31 avqust tarixinə qədər qeydiyyatdan keçmək mütləqdir.

Festivalın keçirilməsində məqsəd STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması) əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi və yaradıcı təhsilalanların aşkara çıxarılmasıdır.

Festival çərçivəsində keçirilən yarışlarda ölkədə fəaliyyət göstərən bütün ümumi, peşə, məktəbdənkənar, orta ixtisas və ali təhsil müəssisələrinin təhsilalanları komandalar şəklində müxtəlif kateqoriyalar üzrə iştirak hüququna malikdirlər.

Paylaş:
194

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər