AZAL Bakıdan Naxçıvana və əks istiqamətdə aviabiletləri əvvəlcədən almağı tövsiyə edir | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL Bakıdan Naxçıvana və əks istiqamətdə aviabiletləri əvvəlcədən almağı tövsiyə edir

12:33 - 12 / 08 / 2024
AZAL Bakıdan Naxçıvana və əks istiqamətdə aviabiletləri əvvəlcədən almağı tövsiyə edir

Yay tətilinin tezliklə başa çatması və tədris ilinin başlanması ilə əlaqədar Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviadaşımalara tələbatın artması gözlənilir.

Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu istiqamətdə səyahət etməyi planlaşdıran bütün sərnişinlərə aviabiletləri öncədən əldə etməyi tövsiyə edir.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Hazırda Bakı-Naxçıvan-Bakı marşrutu üzrə hər gün 20-dən çox reys həyata keçirilir. Zərurət yaranarsa, bu istiqamət üzrə uçuşların sayı artırılacaq.

Aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur. Sərnişinlərə ən uyğun uçuş vaxtını seçmək və narahatlıqla qarşılaşmamaq üçün aviabiletləri öncədən almaq məsləhət görülür.

Mülki aviasiyanın işi müəyyən plana uyğun təşkil olunur. Bu plana bir çox aspektlər, eləcə də uçuş cədvəli, təyyarələrin uçuşdan əvvəl hazırlanması, yekun yoxlamalar və digər məsələlər daxildir.

Qeyd edək ki, təkcə iyul ayında AZAL yüksək tələbatla əlaqədar olaraq Naxçıvana 745 uçuş həyata keçirib. Bir ay ərzində xidmət göstərilən sərnişinlərin ümumi sayı 85 mindən çox təşkil edib.

Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

Paylaş:
125

Son xəbərlər

Putin ordudakı əsgər sayının artırılması üçün əmr verdiBu gün, 10:06Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 10:018 Noyabr prospektində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilibBu gün, 09:52FHN avtonəqliyyat vasitələri sürücülərinə müraciət edibBu gün, 09:42Bakıda növbəti təhlükəsizlik forumu keçirilibBu gün, 09:26Azərbaycan səfiri etimadnaməsini Nepal Prezidentinə təqdim edibBu gün, 09:23Bakının bu rayonunda qaz olmayacaqBu gün, 09:22AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:10ABŞ Dövlət katibi Azərbaycan Prezidentinə zəng edibBu gün, 09:00Bakının tıxac olan yolları - SİYAHIBu gün, 08:59“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıb16 / 09 / 2024, 19:08Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilib16 / 09 / 2024, 17:58Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurluqda şübhəli bilinən qardaşlar saxlanılıblar16 / 09 / 2024, 17:45Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı16 / 09 / 2024, 17:31Xaricdə işə düzəltmə vədi ilə külli miqdarda pul ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb16 / 09 / 2024, 17:12Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilib16 / 09 / 2024, 16:52Bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var16 / 09 / 2024, 16:32“Formula 1” üzrə Azərbaycan Qran-prisinə görə bağlanan prospekt və küçələr açılıb16 / 09 / 2024, 16:22Mehriban Əliyeva: Bütün məktəblilərə möhkəm cansağlığı, tükənməz enerji, əzmkarlıq və əla qiymətlər arzulayıram16 / 09 / 2024, 16:07Görkəmli pianoçu Elmira Səfərovanın məzarı ziyarət olunub16 / 09 / 2024, 15:22
Bütün xəbərlər