Könül Nurullayeva 2020-2024-cü illər üzrə fəaliyyət hesabatını təqdim edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Könül Nurullayeva 2020-2024-cü illər üzrə fəaliyyət hesabatını təqdim edib

12:07 - 13 / 08 / 2024
Könül Nurullayeva 2020-2024-cü illər üzrə fəaliyyət hesabatını təqdim edib

24 saylı Nizami birinci seçki dairəsindən deputatlığa namizəd, VI çağırış Milli Məclisin deputatı olmuş, Könül Nurullayeva 2020-2024-cü illər üzrə fəaliyyət hesabatını təqdim edib.

Belə ki, hesabat dövründə deputat qərargahına ümumilikdə 6376 vətəndaş müraciəti daxil olub. Müraciətlər əsasən maddi yardım edilməsi, işlə təmin olunma, məhəllələrin abadlaşdırılması, tibbi müayinə və müalicəyə köməklik xahişləri ilə bağlı olub. K.Nurullayeva vətəndaş müraciətlərinə xüsusi diqqət yetirərək, onları aidiyyəti üzrə qurumlara yönləndirib və problemlərin həlli üçün lazımi tədbirlər görülüb.

Eyni zamanda, müxtəlif səyyar görüşlər təşkil edilib, bu görüşlərdə ümumilikdə 1964 sakin iştirak edib. Bu dövr ərzində 216 vətəndaş qəbulu və 102 səyyar görüş olmaqla, ümumilikdə 318 qəbul həyata keçirilib. Bu görüşlərdə vətəndaşların problemləri dinlənilib, onların həlli istiqamətində səlahiyyətləri daxilində addımlar atılıb. Vətən müharibəsi şəhidlərinin ailələrinin problemləri xüsusi diqqət mərkəzində saxlanılıb və bu problemlərin həlli üçün müxtəlif tədbirlər görülüb. Ümumilikdə müraciətlər əsasında 10724 nəfərə müxtəlif yardımlar edilib. Deputatığa namizədin qərargahından verilən məlumata görə, bu yardımlar dövlət strukturlarının, aidiyyəti qurumların və özəl şirkətlərin sosial layihələri əsasında həyata keçirilib.
K.Nurullayeva hesabat dövründə ölkə və dünya gündəmində baş verən əhəmiyyətli hadisələrə münasibət bildirib. Bu müddət ərzində beynəlxalq mətbuatda 101 resursda 138 məqaləsi dərc olunub. Yerli mətbuatda isə müxtəlif mövzuları əhatə edən ümumilikdə 1989 məqalə və ya açıqlama 12678 dəfə mətbu orqanlarda dərc olunub. Könül Nurullayeva sosial şəbəkələrdə də fəallığı ilə seçilib. O, bu period ərzində sosial şəbəkələrdə Azərbaycan, ingilis, rus, türk və fransız dillərində 17777 paylaşım edib, bu da onun geniş auditoriyaya xitab etməsinə imkan verib.

Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, eyni zamanda Türkiyə, İtaliya, Yunanıstan, İsveçrə, Böyük Britaniya, Yaponiya, ABŞ, Səudiyyə Ərəbistanı və BƏƏ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi bir çox tədbir və görüşlərdə iştirak edib. Həmçinin AŞPA-dakı fəaliyyəti çərçivəsində plenar sessiyalarda Azərbaycan nümayəndə heyətinin üzvü kimi iştirak edib. Plenar sessiyalar çərçivəsində və keçirilən komitə iclaslarında ümumilikdə 43 aktual mövzu üzrə çıxış edib, bu çıxışlar zamanı Azərbaycanın maraqlarını müdafiə edib. Eyni zamanda bu platformada qaldırılan problemlərin həlli yollarının müzakirəsində fəal iştirak edib, təklif və tövsiyələrini bildirib.

Milli Məclisdə fəaliyyəti dövründə Könül Nurullayeva ümumilikdə 40-dan çox qanun layihəsi və ya dövlət qurumlarının hesabatlarına dair çıxış edib, təkliflərini səsləndirib. Bu müddət ərzində irəli sürülmüş təkliflər əsasən vətəndaşların sosial rifahının yaxşılaşdırılması, iqtisadi inkişafın təmin edilməsi, hüquqi sistemin təkmilləşdirilməsi kimi sahələrə yönəlib.
Könül Nurullayeva beynəlxalq səviyyəli, ölkə və təmsil etdiyi Nizami rayon miqyasında təşkil olunan bir çox tədbirdə fəallıq nümayiş etdirib, çıxışları ilə yadda qalıb. Bu tədbirlər çərçivəsində müxtəlif mövzular üzrə müzakirələr aparılıb. Deputat, həmçinin Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti və Dünya Alpaqut Federasiyasının birinci vitse-prezidenti olaraq, idman sahəsində keçirilən müxtəlif tədbirlərə qatılıb. Bu müddətdə idman tədbirlərinin təşkili və gənclərin idmana marağının artırılması istiqamətində bir çox layihələr həyata keçirilib. İdmanın inkişafı və gənclərin sağlam həyat tərzinin təbliği məqsədilə təşkil olunan müxtəlif təlim və tədbirlərdə iştirak edib.

Bundan əlavə, K.Nurullayeva "Bir Donor, İki Həyat" qanvermə aksiyası, Modern Hospital klinikası ilə birgə evdə müayinə, "Yaradıcılığı evdə öyrən" layihəsi, "Ehtiyacı olanlara öz payından pay ver" sosial aksiyası və Gənclər üçün yay təcrübə məktəbi layihələrini həyata keçirmişdir. Qeyd edək ki, bu layihələr vətəndaşların sağlamlığına, yaradıcılıq inkişafına və sosial rifahına yönəlib.

Könül Nurullayeva deputatlıq fəaliyyəti çərçivəsində Türkiyə, Rusiya, Monteneqro, BƏƏ, Mərakeş, Vyetnam və Macarıstana səfərlər etmişdir. Bu səfərlər zamanı müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmiş, ölkəmizi layiqincə təmsil edərək beynəlxalq əlaqələrin gücləndirilməsinə öz töhfəsini vermişdir. Hər bir səfər çərçivəsində əməkdaşlıq imkanları araşdırılmış və vacib məsələlər müzakirə olunmuşdur.

Könül Nurullayeva 2020-2024-cü illər üzrə fəaliyyəti müddətində bir sıra mühüm nailiyyətlər də əldə etmişdir. O, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi tərəfindən fəxri fərmanla, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən isə "Vətənpərvərlik işində xidmətlərinə görə" medalı ilə mükafatlandırılmışdır. Könül Nurullayeva Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin növbəti dövr üçün yenidən üzvü seçilmiş, Tolerantlıq və Sülh üzrə Beynəlxalq Parlamentinin, eyni zamanda qurumun Beynəlxalq Əlaqələr Komitəsinin üzvü kimi fəaliyyət göstərmişdir. Onun Azərbaycanın ictimai-mədəni həyatında səmərəli fəaliyyəti, görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın adının əbədiləşdirilməsi ilə əlaqədar olaraq yaradılmış medal ilə qiymətləndirilmişdir. AŞPA-nın Gender bərabərliyi alt-komitəsinin iclasında sədr müavini vəzifəsinə layiq görülən Könül Nurullayeva, Azərbaycan Atletika Federasiyasının növbədənkənar hesabat-seçki konfransında qurumun vitse-prezidenti və VI İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılmış İHİA Təftiş Komitəsinin sədri seçilmişdir. Bundan əlavə, o, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin üzvü seçilmişdir. Cari ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Könül Nurullayeva "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif olunmuşdur.

Sonda vurğulayaq ki, 24 saylı Nizami birinci seçki dairəsi üzrə VII çağırış Milli Məclisə deputatlığa namizədliyi qeydə alınan Könül Nurullayeva artıq ona doğma olan Nizami rayonu sakinlərini Parlamentdə təmsil etmək, öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirmək üçün hazır olduğunu bildirib.

Könül Nurullayevanın "Instagram", "Facebook", "X", "LinkedIn", "Telegram" səhifələri

Paylaş:
410

Son xəbərlər

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıb16 / 09 / 2024, 19:08Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilib16 / 09 / 2024, 17:58Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurluqda şübhəli bilinən qardaşlar saxlanılıblar16 / 09 / 2024, 17:45Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandı16 / 09 / 2024, 17:31Xaricdə işə düzəltmə vədi ilə külli miqdarda pul ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb16 / 09 / 2024, 17:12Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilib16 / 09 / 2024, 16:52Bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var16 / 09 / 2024, 16:32“Formula 1” üzrə Azərbaycan Qran-prisinə görə bağlanan prospekt və küçələr açılıb16 / 09 / 2024, 16:22Mehriban Əliyeva: Bütün məktəblilərə möhkəm cansağlığı, tükənməz enerji, əzmkarlıq və əla qiymətlər arzulayıram16 / 09 / 2024, 16:07Görkəmli pianoçu Elmira Səfərovanın məzarı ziyarət olunub16 / 09 / 2024, 15:22ADY yeni dərs ili ilə bağlı gücləndirilmiş iş rejiminə keçib16 / 09 / 2024, 14:48Bakı-Xocalı-Xankəndi-Şuşa avtobus reysinin ilk sərnişinləri yola salınıb16 / 09 / 2024, 14:31Heydər Əliyev Beynəlxalq Aeroportu Hava Limanı Karbon Akkreditasiyası (ACA) proqramı çərçivəsində 2-ci səviyyəyə nail olub16 / 09 / 2024, 14:19ROG Zephyrus G16: Misilsiz təsvir keyfiyyəti və süni intellektin gücü kompakt formatda - FOTO16 / 09 / 2024, 14:16MSK növbədənkənar parlament seçkilərinə yekun vurub16 / 09 / 2024, 14:01“Nar” YAŞAT Fondu ilə birgə “Bilik Günü” münasibətilə şəhid övladlarını təbrik etdi - FOTO16 / 09 / 2024, 13:16Bakıda daha bir marşrut xəttinin hərəkət sxemində dəyişiklik olunub16 / 09 / 2024, 13:10Yağış yağacaq, külək əsəcək - PROQNOZ16 / 09 / 2024, 12:5522 heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb16 / 09 / 2024, 12:49Məzahir Pənahov: “Artıq bizim icraatımızda olan müraciət qalmayıb“16 / 09 / 2024, 12:39
Bütün xəbərlər