Sabah paytaxtın 8 Noyabr prospektinin bir hissəsində hərəkət tam məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah paytaxtın 8 Noyabr prospektinin bir hissəsində hərəkət tam məhdudlaşdırılacaq

Qafar Ağayev11:13 - 13 / 08 / 2024
Sabah paytaxtın 8 Noyabr prospektinin bir hissəsində hərəkət tam məhdudlaşdırılacaq

14 avqust saat 06:00-dan etibarən Bakı şəhəri, 8 Noyabr prospektində (Zığ şosesi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar Xaqani Rüstəmov küçəsindən Mərkəzi Bulvar küçəsinədək olan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə 1news.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, qeyd olunan müddət ərzində sürücülərdən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Paylaş:
189

Son xəbərlər

Bütün xəbərlər