MSK-da ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının rəhbəri ilə görüş keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

MSK-da ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının rəhbəri ilə görüş keçirilib

Qafar Ağayev14:02 - 14 / 08 / 2024
MSK-da ATƏT/DTİHB-nin seçki müşahidə missiyasının rəhbəri ilə görüş keçirilib

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov avqustun 14-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçki müşahidə missiyasının rəhbəri Ditmir Buşatinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən 1news.az-a verilən xəbərə görə, beynəlxalq müşahidəçiləri salamlayan sədr Məzahir Pənahov, Missiyanın görüş üçün təşəbbüsünü yüksək qiymətləndirib.

Ditmir Buşati səmimi qəbula görə minnətdarlığını ifadə edib və Milli Məclisə seçkilərdə proseslərin gedişi ilə maraqlanıb.

MSK sədri seçkilərin yüksək səviyyədə hazırlanıb, azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində görülən işlər, ölkə vətəndaşlarının seçmək və seçilmək hüquqlarının daha səmərəli realizə olunması üçün Komissiyanın fəaliyyəti və reallaşdırılan çoxsaylı müxtəlif səpkili layihələrdən danışıb, bütün addımların qanunvericiliyin tələblərinə uyğun və tam şəffaflıq şəraitində atıldığını diqqətə çatdırıb.

Qonaqların suallarını cavablandıran sədr Məzahir Pənahov, həmçinin ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçiriləcək Milli Məclisə seçkilərə hazırlıqların və nəzərdə tutulan genişmiqyaslı layihələrin müvəffəqiyyətlə davam etdiyini vurğulayıb.

Görüş zamanı Milli Məclisə seçkilərlə bağlı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi və müzakirələr aparılıb.

Paylaş:
297

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər