Gözlənilən hava şəraiti ilə bağlı əhaliyə çağırış edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Gözlənilən hava şəraiti ilə bağlı əhaliyə çağırış edilib

14:10 - 14 / 08 / 2024
Gözlənilən hava şəraiti ilə bağlı əhaliyə çağırış edilib

Avqustun 15-dən 17-si gündüzədək gözlənilən hava şəraiti ilə bağlı əhaliyə çağırış edilib.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova məlumat verib.

O bildirib ki, fəsadlardan qorunmaq üçün əhali hava haqqında verilən xəbərdarlıqları və hava proznozlarını diqqətlə izləməlidir.

"Respublikanın bəzi ərazilərində avqustun 15-dən 17-si gündüzədək hava şəraitinin dəyişəcəyi, yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi və sarı xəbərdarlığa uyğun olaraq külək əsəcəyi proqnozlaşdırılır. Gözlənilən intensiv yağıntılarla bağlı çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, həmçinin Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Bu səbəbdən vətəndaşlarımızı daha diqqətli və ehtiyatlı davranmağa çağırırıq", - deyə o qeyd edib.

Paylaş:
327

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər