Əmircanda Birinci Qarabağ müharibəsinin şəhidi Camaləddin İbrahimov dəfn edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Əmircanda Birinci Qarabağ müharibəsinin şəhidi Camaləddin İbrahimov dəfn edilib

14:16 - 15 / 08 / 2024
Əmircanda Birinci Qarabağ müharibəsinin şəhidi Camaləddin İbrahimov dəfn edilib

Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Camaləddin İbad oğlu İbrahimovla Əmircan kəndində keçirilən vida mərasimi başa çatıb.

1news.az-ın “Report”a istinadən məlumatına görə, şəhidin nəşi Əmircan kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidlərin doğmaları, Suraxanı Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Paylaş:
242

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər