Hava Limanı-Mərdəkan-Zağulba yolunda hərəkət qismən məhdudlaşdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Hava Limanı-Mərdəkan-Zağulba yolunda hərəkət qismən məhdudlaşdırılacaq

Qafar Ağayev15:30 - 15 / 08 / 2024
Hava Limanı-Mərdəkan-Zağulba yolunda hərəkət qismən məhdudlaşdırılacaq

Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunun bir hissində hərəkət qismən məhdudlaşdırılacaq.

1news.az xəbər verir ki, Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunun 3-cü km-də yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq 15 avqust saat 22:00-dan 16 avqust 01:00-dək qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq (Yol bağlanmır).

Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.

Paylaş:
251

Son xəbərlər

Bakıda kafe yanıb

Bu gün, 11:01
Bütün xəbərlər