Bakıda içməli suyun veriləcəyi vaxt açıqlandı - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda içməli suyun veriləcəyi vaxt açıqlandı - YENİLƏNİB

Qafar Ağayev13:58 - 15 / 08 / 2024
Bakıda içməli suyun veriləcəyi vaxt açıqlandı - YENİLƏNİB

Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işləri avqustun 15-i səhər saat 06:00-da tamamlanıb. Hazırda su xəttinin doldurulması və quyuların işə salınması işlərinə başlanılıb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, avqustun 16-sı günorta saatlarında Bakı şəhəri üzrə içməli suyun təchizatı tam bərpa ediləcək.

Su təminatı rejimində dəyişiklik olan ərazilərdə suyun verilməsi normal rejimə qaytarılacaq. Hazırda Oğuz-Qəbələ-Bakı su xəttində tamamlanma işləri davam etdirilir.

Xatırladaq ki, avqustun 12-i gecə saatlarından başlayaraq Oğuz-Qəbələ-Bakı su kəmərində əsaslı təmir-bərpa işləri aparılır. Təmir-bərpa işləri nəticəsində Yasamal, Səbail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Ramanı, Pirallahı rayonlarında suyun verilməsi rejimində dəyişiklik edilib. Əhalinin digər mənbələr hesabına suyla təmin olunması istiqamətində işlər görülüb.

***

11:20

Oğuz-Qəbələ su xəttində aparılan təmir-bərpa işləri səhər saat 6-da tamamlanıb.

1news.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu bildirib.

"Hazırda su xəttinin doldurulması və quyuların işə salınması işlərinə başlanılıb. Ətraflı məlumat yayacağıq", - deyə o qeyd edib.

Paylaş:
987

Son xəbərlər

Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib10 / 09 / 2024, 22:24Batumidə Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşü keçirilib10 / 09 / 2024, 18:01Azərbaycan Milli Paralimpiya komandası üzvləri təltif edilib - SİYAHI10 / 09 / 2024, 17:44İlham Əliyev Paralimpiya Oyunlarının medalçılarını mükafatlandırıb10 / 09 / 2024, 17:41Sumqayıtda küçədə üzərində yanıq izləri olan meyit tapılıb10 / 09 / 2024, 17:26Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib10 / 09 / 2024, 17:12Yenicə tələbə adını qazanan 18 yaşlı Aqilin sizin köməyinizə ehtiyacı var - FOTO10 / 09 / 2024, 17:00DİN: Avqustda 352 kq narkotik dövriyyədən çıxarılıb10 / 09 / 2024, 16:48Formula-1 Azərbaycan Qran Prisi çərçivəsində tibbi xidmətlərin təşkili məqsədilə yüzdən çox tibb işçisi təhkim olunub10 / 09 / 2024, 16:22Azərbaycan sərhədlərində gözləyən yük avtomobillərinin sayı açıqlandı10 / 09 / 2024, 16:12Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib10 / 09 / 2024, 15:42Ekoloji təmiz nəqliyyat vasitələrinin kreditləşməsində müsbət dinamika müşahidə olunur10 / 09 / 2024, 15:22Kolleclərə qəbul olunanlar üçün qeydiyyat başlayıb10 / 09 / 2024, 14:58“28 May” metrostansiyasında eskalator əsaslı təmirdən sonra istifadəyə verilib10 / 09 / 2024, 14:50Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilib10 / 09 / 2024, 14:37Ceyhun Bayramov Ukraynanın yeni XİN rəhbəri ilə telefon danışığı aparıb10 / 09 / 2024, 14:27Bakı-Şamaxı-Yevlax yolunun bir hissəsində nəqliyyatın hərəkəti iki aylıq qismən məhdudlaşdırılacaq10 / 09 / 2024, 14:23İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub10 / 09 / 2024, 14:13Azercell yeni Wi-Fi cihazını təqdim edir10 / 09 / 2024, 13:59Azərbaycan və Gürcüstan müdafiə nazirləri hərbi sahədə əməkdaşlığı müzakirə ediblər10 / 09 / 2024, 13:52
Bütün xəbərlər