“Qalib ölkənin vətəndaşı kimi parlament seçkilərinə qatılmaq sözlə ifadə edilməyən hisslər yaradır” | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qalib ölkənin vətəndaşı kimi parlament seçkilərinə qatılmaq sözlə ifadə edilməyən hisslər yaradır”

Qafar Ağayev12:53 - 15 / 08 / 2024
“Qalib ölkənin vətəndaşı kimi parlament seçkilərinə qatılmaq sözlə ifadə edilməyən hisslər yaradır”

“Budəfəki parlament seçkilərində Azərbaycanın bütün ərazilərində vətəndaşlarımız səs verə biləcəklər. Bu, böyük xoşbəxtlik və qürurverici hadisədir. Qalib ölkənin vətəndaşı kimi parlament seçkilərinə qatılmaq sözlə ifadə edilməyən hisslər yaradır”.

1news.az xəbər verir ki, bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Azərbaycanın Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli deyib.

O qeyd edib ki, Böyük Qayıdış proqramına uyğun olaraq Qarabağa və Şərqi Zəngəzura qayıdan vətəndaşlarımızın, eyni zamanda quruculuq prosesində iştirak edən insanlarımızın rahat və azad seçim etməsi üçün bütün şərait yaradılır: “Budəfəki parlament seçkiləri bir sıra özəllikləri ilə yadda qalacaq. Müstəqillik tariximizə bir ilk kimi düşəcək bu seçkilərdə iştirak edən bütün namizədlərə uğurlar arzulayıram və ən layiqli namizədlərin seçilməsini istərdim. İnanıram ki, parlamentin yeni üzvləri ölkəmizin daha da inkişafı, beynəlxalq aləmdə layiqli yerini tutması üçün səy göstərəcək”.

Hazırda ölkə və region üçün yeni çağırışların meydana çıxdığını diqqətə çatdıran rektor bildirib ki, dünyada gedən gərgin siyasi proseslərin fonunda Azərbaycanın beynəlxalq imici ildən-ilə, gündən-günə artır:

“Dövlətimizin beynəlxalq əhəmiyyəti artır, diqqət mərkəzində olmağımıza şərait yaranır. Əminəm ki, seçiləcək yeni parlament də operativliyi, proseslərə vaxtında və çevik reaksiyası ilə yadda qalacaq. Bu baxımdan, parlamentdə gənclərimizin də təmsil olunmasını, yeni innovativ biliklərə sahib olan mütəxəssislərin qanunverici orqana seçilməsini arzu edirəm. Eyni zamanda, bu seçkilərdən sonra Qarabağı və Şərqi Zəngəzuru təmsil edəcək parlament nümayəndələrinin məsuliyyəti daha da artacaq”.

Paylaş:
214

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər