Oğuzda dələduzluq edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Oğuzda dələduzluq edən şəxs saxlanılıb

13:43 - 17 / 08 / 2024
Oğuzda dələduzluq edən şəxs saxlanılıb

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə rayon sakininə qarşı dələduzluq etməkdə şübhəli bilinən Orxan Qurbanov saxlanılıb.

1news.az xəbər verir ki, saxlanılan şəxs zərərçəkmişə “Zil” markalı yük avtomobili alıb verəcəyi vədi ilə aldadaraq onun 3500 manat pulunu və 1500 manat dəyərində olan köhnə nəqliyyat vasitəsini ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Paylaş:
451

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər