Qobustanda avtomobil dəmir məhəccərlərə çırpılıb, ölən var | 1news.az | Xəbərlər
Cəmiyyət

Qobustanda avtomobil dəmir məhəccərlərə çırpılıb, ölən var

18:00 - 17 / 08 / 2024
Qobustanda avtomobil dəmir məhəccərlərə çırpılıb, ölən var

Qobustanda avtomobil dəmir məhəccərlərə çırpılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a bildirilib ki, avqustun 17-də saat 14 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində “Mercedes”markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dəmir məhəccərlərə çırpılıb.

Hadisə nəticəsində sürücü Radim Heydərov xəsarət alıb, nəqliyyat vasitəsindəki sərnişin, 1980-ci il təvəllüdlü Xəlilov Bəhruz Niyaz oğlu aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Paylaş:
1010

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər