“Gənclər Mərkəzi” İctimai Birliyinin sədri: “Gənclər seçki prosesində fəallıq göstərirlər”
“Müşahidələrə əsasən deyə bilərik ki, seçkilərdə bütün partiyaların iştirakı üçün bərabər şərait yaradılıb. Vətəndaşların seçmək və seçilmək hüququ tam formada təmin edilib. Milli Məclisə seçkilərdə ölkəmiz növbəti dəfə demokratik, şəffaf seçkilərin şahidi olacaq. Bu, biz gənclərdə də ruh yüksəkliyi yaradır. Gəncləri seçki prosesində fəal şəkildə iştirak etməyə sövq edir”.
1news.az xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında “Gənclər Mərkəzi” İctimai Birliyinin sədri Kənan Qubadzadə deyib.
O bildirib ki, namizədlər arasında uğurlu gəncləri görmək mümkündür: “Düşünürəm ki, savadlı, təcrübəli gənclərin parlamentdə təmsil olunması ölkəmiz üçün vacib məqamlardan biridir. Gənclərimiz bütün sahələrdə inkişaf edib. Ölkəmizin qarşısında duran hədəflərə çatmaq üçün gənclərimiz rolu önəmlidir. Gənclər başda olmaqla, bütün namizədlərə uğurlar arzulayıram”.