Ölkəmizdə əsasən yağmursuz hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVA | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkəmizdə əsasən yağmursuz hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVA

09:59 - 19 / 08 / 2024
Ölkəmizdə əsasən yağmursuz hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVA

Avqustun 19-u saat 9:00-a olan məlumata əsasən Azərbaycanda əsasən yağmursuz hava şəraiti müşahidə olunub.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, gündüz bəzi yerlərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı Lənkəranda 6 mm, Astarada 2 mm, Cəlilabad, Daşkəsən, Gədəbəy, Gəncə, Qobustan, Sabirabad, Biləsuvar, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Şərq küləyi arabir Culfada 18 m/s-dək güclənib. Şəmkir, Qrız, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 34, Aran rayonlarında 33, dağlıq rayonlarda 21 dərəcəyədək isti qeydə alınıb.

Paylaş:
169

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər