Qarabağ Dirçəliş Fondu ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ Dirçəliş Fondu ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülüb

11:09 - 19 / 08 / 2024
Qarabağ Dirçəliş Fondu ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülüb

Qarabağ Dirçəliş Fondu (QDF) ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi üzrə beynəlxalq uyğunluq sertifikatına layiq görülüb.

“TÜV Austria GMBH” şirkəti tərəfindən aparılan audit nəticəsində verilən sertifikat 4 Avqust 2025-ci il tarixinədək qüvvədə olacaq.

ISO 9001:2015 beynəlxalq səviyyədə tanınmış keyfiyyət idarəetmə standartıdır. O, müxtəlif ölçü və sahələrdən olan təşkilatlara öz performansını yaxşılaşdırmaq, maraqlı tərəflərin gözləntilərini qarşılamaq və keyfiyyətə sadiq olduqlarını nümayiş etdirməyə kömək edir. Onun tələbləri keyfiyyət idarəetmə sisteminin yaradılması, tətbiq edilməsi, saxlanılması və davamlı olaraq təkmilləşdirilməsi prosedurunu müəyyən edir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə təsdiq edilən Fondun Nizamnaməsinə uyğun olaraq, QDF öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq etməlidir.

Bundan əlavə, Müşahidə Şurası tərəfindən təsdiq edilən prioritetlərə uyğun olaraq, Fondun institusional inkişafı yaxın dövr üçün əsas diqqət sahələrindən biri kimi müəyyən edilib.

Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev bununla bağlı qeyd edib ki, ISO 9001:2015 sertifikatı QDF-in bütün əməliyyat və fəaliyyətində yüksək keyfiyyət standartlarını qorumaq niyyətini təsdiqləyərək, eyni zamanda onun davamlı institusional inkişafını əks etdirir.

Sədrin sözlərinə görə, Sertifikat həmçinin QDF-in benefisiarları, tərəfdaşları, donorları və geniş ictimayyət daxil olmaqla müxtəlif steykholderlərin arasında inam və etibarı gücləndirəcək.

"Auditə hazırlıq bir neçə daxili audit, təlim proqramları və proseslərin təkmilləşdirilməsini əhatə edirdi. Biz bu uğura nail olan komandamızla hədsiz qürur duyuruq.

Gələcəyə nəzər salsaq, bu sertifikatı yeniləməyə, eyni zamanda İSO-nun digər müvafiq standartlarına uyğun olaraq işimizi təşkil edərək, başqa Sertifikatlara da layiq görülməyə çalışacağıq. Fondun institusional inkişafı istiqamətində işlərimizi daimi davam etdirmək niyyətindəyik," – deyə, R.Hacıyev qeyd edib.

Paylaş:
240

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər