Mingəçevirdə 45 yaşlı qadın qətlə yetirilib, oğlu saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Mingəçevirdə 45 yaşlı qadın qətlə yetirilib, oğlu saxlanılıb

09:03 - 20 / 08 / 2024
Mingəçevirdə 45 yaşlı qadın qətlə yetirilib, oğlu saxlanılıb

Avqustun 20-də saat 5 radələrində Mingəçevir şəhəri ərazisində 1979-cu il təvəllüdlü Natella Çıraqovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Mingəçevir şəhər Prokurorluğundan 1news.az-a verilən məlumata görə, araşdırmalarla 2003-cü il təvəllüdlü Rəşad Çıraqovun şəxsi münasibətlər zəminində anası Natella Çıraqovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Rəşad Çıraqov iş üzrə şübhəli şəxs qismində tutulub.

Paylaş:
288

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər