AZAL-ın payız-qış cədvəli: 50-dən çox istiqamət və səyahətlər üçün yeni imkanlar | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL-ın payız-qış cədvəli: 50-dən çox istiqamət və səyahətlər üçün yeni imkanlar

Qafar Ağayev14:44 - 22 / 08 / 2024
AZAL-ın payız-qış cədvəli: 50-dən çox istiqamət və səyahətlər üçün yeni imkanlar

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024–2025-ci illər üzrə payız-qış uçuş cədvəlini açıqlayıb.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, cədvələ AZAL-ın genişləndirilmiş marşrut şəbəkəsinin 50-dən çox istiqaməti, o cümlədən iki daxili - Naxçıvan və Füzuli şəhərlərinə reyslər daxildir.

Cədvəl 2024-cü ilin oktyabrının sonundan qüvvəyə minəcək və 2025-ci ilin martınadək davam edəcək. Biletlərin satışı artıq başlayıb.

Əgər qış mövsümündə istidən zövq almaq istəyirsinizsə, AZAL Dubaya, Şarm-əl-Şeyxə, Antalyaya, Ciddəyə, Dammama reyslər təklif edir.

Qış tətilinə üstünlük verənlər üçün Soçiyə, Mineralnıye Vodıya, Almatıya, Vyanaya dağ xizək kurortlarına reyslər mövcuddur. Eləcə də, Yeni ildə Moskvaya, Sankt-Peterburqa, Praqaya, Berlinə, Astanaya və AZAL marşrut şəbəkəsində təqdim edilən digər şəhərlərə də yola düşmək olar. Tələb olunan tarixlərdə reyslərdə yerinizi təmin etmək üçün biletləri əvvəlcədən bron etməyiniz tövsiyə olunur.

Yay mövsümündə olduğu kimi, bu mövsümdə də AZAL Avropaya, o cümlədən, Praqaya, Berlinə, Barselonaya, Vyanaya, Parisə, Londona və Kişineuya uçuşların genişləndirilmiş proqramını təklif edir. Aviaşirkətin Bakıdan Rusiyanın 13 şəhərinə və Türkiyənin 5 şəhərinə reysləri mövcuddur.

Asiyaya səyahətlər üçün Çinə, Hindistana, Pakistana, Qazaxıstana və Özbəkistana reyslər mövcuddur. Daha çox uçuş tezliyi Bakıdan Moskvaya, İstanbula, Dubaya, Tbilisiyə planlaşdırılıb.

Qeyd edək ki, payız-qış mövsümü üçün nəinki elə indi bilet sifariş etmək, həm də, qidalanma, normadan artıq yükün daşınması, eləcə də xüsusi daşınma növləri kimi əlavə xidmətləri sifariş etmək olar.

Aviaşirkətin rəsmi www.azal.az saytında cədvəli, uçuş şərtlərini dəqiqləşdirmək və bilet əldə etmək, eləcə də əlavə xidmətləri sifariş etmək olar.

Biletləri aviaşirkətin rəsmi www.azal.az saytında, yenilənmiş mobil tətbiqi vasitəsilə, eləcə də “Azərbaycan Hava Yolları”nın kassalarında və akkreditasiya olunmuş agentliklərində əldə etmək olar.

AZAL-ın mobil tətbiqini https://bit.ly/azal-app keçidindən yükləmək olar.

Paylaş:
271

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər