Təhsil krediti verilən tələbələrin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil krediti verilən tələbələrin sayı açıqlanıb

Qafar Ağayev14:56 - 23 / 08 / 2024
Təhsil krediti verilən tələbələrin sayı açıqlanıb

2024-2025 tədris ilinin payız semestrində Təhsil Tələbə Krediti almaq üçün müraciətlərin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan 1news.az-a verilən xəbərə görə, tələbə krediti üçün ümumilikdə 2 594 nəfər müraciət edilib.

Onlardan 1 298 nəfərə kredit verilib. 325 nəfərə sosial, 973 nəfərə isə standart kreditin verilməsi rəsmiləşdirilib.

Məlumata görə, müraciətlərin 520-si natamam olub, 150 müraciətə isə imtina verilib.

Paylaş:
419

Son xəbərlər

Bütün xəbərlər