QHT sədri: “Qarşıdan gələn seçkilər ölkədə yeniləşmə prosesinin davamlılığını təmin edir”
"Qarşıdan gələn seçkilər ölkədə yeniləşmə prosesinin davamlılığının təmin edilməsi baxımından mühüm addımdır".
1news.az xəbər verir ki, bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında “Gənclərin Anti-Narkomaniya” İctimai Birliyinin sədri Büllur Məmmədova deyib.
"Ölkəmizdə bütün sahələrdə dəyişiklik oludğu kimi, parlamentin tərkibi də yenilənməlidir. Digər tərəfdən, bu seçkilər Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində yaratdığı reallıqları təsdiqləyəcək. Azərbaycan Cənubi Qafqazda əsas aktordur və onun siyasi sabitliyi bütün regiona təsir edir".
QHT rəhbəri bildirib ki, ərazi bütövlüyü və suverenliyi tam bərpa edildikdən sonra keçirilən parlament seçkiləri ölkə üçün tarixi əhəmiyyət kəsb edir: “Ölkəmiz ilk dəfə olaraq parlament seçkilərinə torpaqlarının qaytarılmasından, bütövlüyünün təmin edilməsindən sonra daxil olur. Bu, sadəcə seçki deyil, müstəqil Azərbaycanın tarixində yeni səhifə açan rəmzi məqamdır. İndi ölkə qarşısında duran əsas məqsəd əldə olunan uğurların davamlılığını təmin etməkdir”.