Ağsuda narkokuryerlik edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağsuda narkokuryerlik edən şəxs saxlanılıb

09:21 - 23 / 08 / 2024
Ağsuda narkokuryerlik edən şəxs saxlanılıb

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 54 yaşlı Təranə Məmmədova saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, ondan 3 kiloqram 500 qram marixuana və heroin aşkar olunub.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Paylaş:
753

Son xəbərlər

Bütün xəbərlər