Sirkə turşusu içib öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Sirkə turşusu içib öldü

18:14 - 24 / 08 / 2024
Sirkə turşusu içib öldü

Abşeron rayonunun Qobu qəsəbəsində qadın intihar edib.

1news.az xəbər verir ki, M.Muxtarova yaşadığı evin zirzəmisində xeyli miqdarda sirkə turşusu içib.

O, kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Yaxınlarının dediyinə görə, müayinə zamanı M.Muxtarovaya “beyin quruması” diaqnozu qoyulub. Həmin vaxtdan sonra onda psixi problemlər yaranıb.

Faktla bağlı araşdırma aparılıb.

Paylaş:
313

Son xəbərlər

Bütün xəbərlər