Azərbaycanın amfibiya təyyarəsi Akhisar-Taşkuyucak istiqamətində meşədəki yanğınla mübarizəyə cəlb olunub - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın amfibiya təyyarəsi Akhisar-Taşkuyucak istiqamətində meşədəki yanğınla mübarizəyə cəlb olunub - VİDEO

Qafar Ağayev08:59 - 26 / 08 / 2024
Azərbaycanın amfibiya təyyarəsi Akhisar-Taşkuyucak istiqamətində meşədəki yanğınla mübarizəyə cəlb olunub - VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ötən gün ərzində təyyarə Akhisar-Taşkuyucak istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.

Paylaş:
149

Son xəbərlər

Bütün xəbərlər