Ali məktəblərdə V qrup üzrə plan yerləri dolmayan ixtisaslar açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ali məktəblərdə V qrup üzrə plan yerləri dolmayan ixtisaslar açıqlandı

12:16 - 29 / 08 / 2024
Ali məktəblərdə V qrup üzrə plan yerləri dolmayan ixtisaslar açıqlandı

Beşinci qrup üzrə aktyor sənəti ixtisasında 16 yer, dekorativ tətbiqi sənətdə (sahələr üzrə) 14 yer, dirijorluq (sahələr üzrə) ixtisasında 9 yer, operator sənəti ixtisasında 2 yer və rejissorluqda 11 yer boş qalıb.

Bu barədə 1news.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi avqustun 28-dən başlanıb və sentyabrın 2-dək davam edəcək.

Paylaş:
168

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər