Qala Qoruğu “Arxeologiya üzrə Açıq Hava Muzeylərinin Beynəlxalq Assosiasiyası”na üzv seçilib | 1news.az | Xəbərlər
Mədəniyyət

Qala Qoruğu “Arxeologiya üzrə Açıq Hava Muzeylərinin Beynəlxalq Assosiasiyası”na üzv seçilib

Qafar Ağayev15:48 - 30 / 08 / 2024
Qala Qoruğu “Arxeologiya üzrə Açıq Hava Muzeylərinin Beynəlxalq Assosiasiyası”na üzv seçilib

Dünyanın açıq səma altında yaradılmış nadir muzeylərindən olan “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu Arxeologiya üzrə Açıq Hava Muzeylərinin Beynəlxalq Assosiasiyasına (EXARC) üzv qəbul edilib.

1news.az xəbər verir ki, 16 mart 2003-cü il tarixində Danimarka Krallığında təsis edilən EXARC təşkilatının hazırda 432 üzvü var. Arxeologiya üzrə Açıq Hava Muzeylərinin Beynəlxalq Assosiasiyası, eyni zamanda Beynəlxalq Muzeylər Şurasının tərəfdaşı və Avropa Muzey Təşkilatları Şəbəkəsinin üzvüdür.

Qala Qoruğunun bu təşkilatda təmsil olunması Azərbaycanın əsrlər boyu məişətinin və yaşam tərzinin, eyni zamanda tarixinin və mədəniyyətinin beynəlxalq səviyyədə təbliğ edilməsi, həmçinin Qalanın dünyada tandılması baxımından əhəmiyyətlidir. Qala Qoruğu barədə məlumatlar artıq təşkilatının rəsmi saytında yerləşdirilib.

1988-ci ildə yaradılan “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu eramızdan əvvəl III minillikdən bu günə qədər Qala kəndində yaşayan əhalinin həyat tərzini, kurqanlar, sərdabələr, yaşayış evləri, qəsr, məscidlər və hamamlar da daxil olmaqla, ərazidə mövcud tarixi abidələri və artefaktları qoruyub-saxlamaq məqsədilə yaradılmışdır. Qədim sənət növləri burada orta əsrlərdəki kimi bu gün də fəaliyyət göstərir.

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən idarə olunur.

Paylaş:
619

Son xəbərlər

COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12
Bütün xəbərlər