Məzahir Pənahov bir neçə ölkənin Mərkəzi Seçki Komissiyasının üzvləri ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Məzahir Pənahov bir neçə ölkənin Mərkəzi Seçki Komissiyasının üzvləri ilə görüşüb

Qafar Ağayev17:32 - 01 / 09 / 2024
Məzahir Pənahov bir neçə ölkənin Mərkəzi Seçki Komissiyasının üzvləri ilə görüşüb

Sentyabrın 1-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə seçkiləri izləmək üçün Azərbaycanda səfərdə olan Latviya, Qırğızıstan, Türkmənistan, Rusiya, Tacikistan, Qazaxıstan, Moldova, Serbiya, Filippin və Gürcüstanın Mərkəzi Seçki komissiyalarının üzvləri ilə görüşüb.

1news.az xəbər verir ki, seçki prosesi barədə qonaqları məlumatlandıran MSK sədri M.Pənahov deyib: “Seçkilərin müşahidəsinə 598 beynəlxalq və 112 mindən artıq yerli müşahidəçi qoşulub, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü prosesləri heç bir qeydiyyat tələb olunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kamera quraşdırılıb”.

MSK sədri deyib ki, növbədənkənar parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək. Milli Məclisə seçkilərdə 990 namizəd mübarizə aparır və onların sərbəst seçkiqabağı təşviqatı üçün qanunvericiliyin tələblərinə uyğun bütün imkanlar yaradılıb. O, namizədliyi qeydə alınan 305 nəfərin 25 siyasi partiyanın nümayəndəsi olduğunu diqqətə çatdırıb.

Ölkədə medianın azad şəkildə fəaliyyət göstərdiyini və sərbəst şəkildə seçki prosesini izlədiyini qeyd edən Məzahir Pənahov seçkilərlə əlaqədar “exit –poll” keçirmək üçün üç təşkilatın MSK-ya müraciət etdiyini vurğulayıb.

O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin öz konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb. Ölkədə 6478 seçki məntəqəsinin yaradıldığını qeyd edən M.Pənahov onlardan 6343-nün daimi, 135-nin isə müvəqqəti fəaliyyət göstərdiyini deyib. O, Milli Məclisə növbədənkənar seçkilərin Azərbaycanın bütün suveren ərazilərində ilk dəfə keçirildiyini və seçki iştirakçılarına hərtərəfli şəraitin yaradıldığını diqqətə çatdırıb.

MSK-dakı səmimi görüşə görə təşəkkürlərini bildirən qonaqlar Milli Məclisə növbədənkənar seçkilərin müşahidəsində iştirak etməkdən məmnunluqlarını ifadə edərək prosesləri fəal şəkildə izlədiklərini vurğulayıblar. Onlar seçki prosesinin qanunvericiliyin tələblərinə uyğun olaraq şəffaf şəkildə keçirildiyini qeyd edərək məntəqələrdə yüksək seçici fəallığını müşahidə etdiklərini deyiblər.

Görüş çərçivəsində, həmçinin seçkilərlə bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.

Paylaş:
765

Son xəbərlər

Nəsimi rayonunda saxlanılan 3 nəfərdən 8 kiloqram narkotik vasitə aşkarlanıbBu gün, 17:43DİM: PMS imtahanını verəcək namizədlər buraxılış vərəqələrini çap edə bilərlərBu gün, 17:20Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQBu gün, 16:54Laçında tramvay xətti çəkiləcəkBu gün, 16:25Agro Dairy ilə Macarıstan Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb - FOTOBu gün, 16:01Bakıda küçədə əl qumbarası və avtomat aşkarlanıbBu gün, 15:50Ağdaşda kanaldan meyit tapılıbBu gün, 15:31Bu ilin yanvar-avqust ayları ərzində evlənənlərin sayı azalıbBu gün, 15:16Bu ilin səkkiz ayı ərzində ölkədə ölənlərin sayı açıqlanıbBu gün, 13:49Azərbaycan beynəlxalq axtarışda olan iki nəfəri Rumıniya və Lüksemburqa təhvil veribBu gün, 13:32Ötən səkkiz ayda Azərbaycanda doğulan əkiz, üçəm və dördəmlərin sayı açıqlanıbBu gün, 13:21Azərbaycan əhalisinin sayı açıqlanıbBu gün, 13:02Sabahın hava proqnozuBu gün, 12:45DİN: Ötən gün 8,7 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülübBu gün, 12:22Azərbaycan Mərkəzi Bankının bu günə olan valyuta məzənnələrini açıqladıBu gün, 12:06Bu gün görkəmli kinorejissor Hüseyn Seyidzadənin doğum günüdürBu gün, 11:46Hacıqabulda suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilirBu gün, 11:19FHN: Ötən sutka 11 nəfər xilas edilibBu gün, 10:52Azərbaycan nefti ucuzlaşıbBu gün, 10:35Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıbBu gün, 10:10
Bütün xəbərlər