MSK: Saat 12:00-a qədər respublika üzrə seçici fəallığı 20.39 faiz olub | 1news.az | Xəbərlər
Cəmiyyət

MSK: Saat 12:00-a qədər respublika üzrə seçici fəallığı 20.39 faiz olub

12:48 - 01 / 09 / 2024
MSK: Saat 12:00-a qədər respublika üzrə seçici fəallığı 20.39 faiz olub

Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində saat 12:00-a olan seçici fəallığını açıqlayıb.

1news.az “Seçki 2024” Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 12.00-a qədər respublika üzrə 1 309 522 nəfər səs verib, seçici fəallığı 20,39 faiz olub.Qeyd edək ki, növbədənkənar parlament seçkilərində səsverməyə bu gün saat 08:00-da start verilib. Səsvermə saat 19:00-da başa çatacaq. Bundan əlavə, MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 15:00, 17:00 və 19:00-da ilkin məlumatlar veriləcək.

Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir. Son məlumata görə, respublika üzrə seçicilərin sayı 6 421 960 nəfərdir.

Paylaş:
321

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər