2024-2025-ci tədris ili üçün tələbələrin köçürülməsi yekunlaşıb | 1news.az | Xəbərlər
Cəmiyyət

2024-2025-ci tədris ili üçün tələbələrin köçürülməsi yekunlaşıb

14:38 - 23 / 09 / 2024
2024-2025-ci tədris ili üçün tələbələrin köçürülməsi yekunlaşıb

2024-2025-ci tədris ili üçün tələbələrin köçürülməsi prosesi yekunlaşıb.

Bu barədə 1news.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, təhsilalanların köçürülüməsi elektron formada təhsil müəssisələri tərəfindən həyata keçirilib. Sənəd qəbulu portal.edu.az vasitəsilə 25 iyul-1 avqust tarixində aparılıb.

Qeyd edək ki, elektron müraciətlər təhsil müəssisələri tərəfindən emal olunub və qaydalar çərçivəsində yekun qərar qəbul olunub.

Ümumilikdə 2 575 tələbə təhsil müəssisəsinin, ixtisasın və təhsilalma formasının dəyişdirilməsi üçün müraciət edib və 1 054 müraciət müsbət nəticə ilə yekunlaşıb.

Paylaş:
240

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər