ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı | 1news.az | Xəbərlər
Cəmiyyət

ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı

Qafar Ağayev16:58 - 23 / 09 / 2024
ANAMA ötən həftə aşkarlanan minaların sayını açıqladı

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (16.09.2024 - 22.09.2024) məlumat açıqlanıb.

ANAMA-dan 1news.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 74 piyada əleyhinə mina, 168 tank əleyhinə mina, 491 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 968,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Paylaş:
259

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər