Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyib

14:16 - 25 / 09 / 2024
Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyib

Niderlandın xarici işlər nazirinin ermənilərin Azərbaycanın Qarabağ bölgəsini guya məcburən tərk etməsinə dair iddiasını pisləyirik.

Hamıya məlumdur ki, ermənilər Azərbaycan hökumətinin reinteqrasiya və vətəndaşlıq təklifini qəbul etməkdən imtina edərək, öz iradələri ilə Qarabağ bölgəsini tərk etmişlər.

1news.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Qeyd olunub ki, bundan başqa, bu kimi məsələlərdə ancaq etnik ermənilərə istinad etmək, Qərbi Azərbaycandan zorla qovulmuş azərbaycanlıları gözardı etmək etnik və dini əsasda ayrı-seçkilikdir.

“Niderlandın Azərbaycana qarşı sistematik olaraq əsassız iddialarla çıxış etməsi qəbuledilməzdir. Niderland Azərbaycana böhtan atmaq əvəzinə, Boner, Sint Eustatius, Saba, Aruba, Kurasao və Sint Maarten kimi dəniz ərazilərində dekolonizasiya öhdəliklərini BMT Nizamnaməsinə uyğun olaraq yerinə yetirməli və orada yerli əhalinin hüquqlarını pozmağa son qoymalıdır.

Dekolonizasiyanı həyata keçirməkdən imtina edərək yerli əhalinin hüquqlarını pozan Niderlandın insan hüquqları və humanitar məsələlər barədə danışmağa mənəvi haqqı yoxdur.

Biz Niderlanddan Azərbaycana qarşı böhtan kampaniyasını dayandırmağı və Qərbi azərbaycanlıların təhlükəsiz şəkildə geri qayıtmaq hüquqlarına hörmətlə yanaşmağı tələb edirik”, - deyə İcmanın bəyanatında vurğulanıb.

Paylaş:
169

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər