Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşüb

Qafar Ağayev15:46 - 25 / 09 / 2024
Əli Əsədovla Belarusun fövqəladə hallar naziri görüşüb

Sentyabrın 25-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Belarus Respublikasının fövqəladə hallar naziri Vadim Sinyavski ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan-Belarus dövlətlərarası münasibətlərinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub, ikitərəfli əməkdaşlığın bütün spektri üzrə dinamik inkişafın təmin edilməsində dövlət başçılarının əsas rolu bildirilib.

Bildirilib ki, iki ölkənin Fövqəladə Hallar Nazirliyi arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində, o cümlədən təcrübə mübadiləsi və təlimlərin keçirilməsi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri yaradılıb.

Azərbaycan və Belarus Fövqəladə Hallar Nazirliyi arasında 2006-cı il tarixli Əməkdaşlıq Sazişinin həyata keçirilməsi üzrə 2025–2027-ci illər üçün Kompleks Tədbirlər Planının bu ilin iyun ayında imzalanmasının əhəmiyyəti vurğulanıb.

Görüş zamanı fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Azərbaycan-Belarus əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edilib, yanğınsöndürmə texnikasının tədarükü məsələsi ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
142

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər