Kamaləddin Qafarov: “Azərbaycan istənilən təhdidə cavab vermək iqtidarındadır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Kamaləddin Qafarov: “Azərbaycan istənilən təhdidə cavab vermək iqtidarındadır”

09:48 - 25 / 09 / 2024
Kamaləddin Qafarov: “Azərbaycan istənilən təhdidə cavab vermək iqtidarındadır”

“Sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirildi.

Bu iclasda iştirak edən Ölkə Prezidenti İlham Əliyev söylədiyi nitqində bu il Azərbaycanda keçirilmiş prezident və parlament seçkilərinin mahiyyəti və əhəmiyyəti barədə önəmli açıqlamalar verməklə yanaşı, ölkənin qarşısında duran əsas vəzifələr, eləcə də digər vacib məsələlər barədə mühüm fikirlər səsləndirdi”.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasında çıxışı ilə əlaqədar mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, dövlətimizin başçısı bir daha diqqətə çatdırdı ki, builki seçkilər müstəqil Azərbaycanın tarixində ilk dəfə ölkəmizin bütün ərazisində keçirilən tarixi hadisə kimi qiymətləndirilməlidir. “Cənab Prezident bununla bağlı İkinci Qarabağ müharibəsinin və suverenliyimizin tam bərpa edilməsinin dünya miqyasında tarixi hadisə olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni imkanlar, yeni üfüqlər açmışdır. Həqiqətən də son 3-4 il ərzində Azərbaycanın beynəlxalq mövqeləri xüsusilə möhkəmlənmiş, ölkəmizin parlaq qələbələr sayəsində əldə etdiyi nəticələri isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu diplomatiya və xarici siyasət xətti nəticəsində bütün dünya qəbul etmişdir. Əlbəttə ki, Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etmək istəməyən müəyyən ölkələr və dairələr hələ də var. Lakin onların bütün səyləri nə dövlətimizin, nə də xalqımızın iradəsinə qətiyyən təsir edə bilməz”.

Fikirlərini davam etdirən deputat Prezident İlham Əliyevin Azərbaycan xalqının bundan sonra da təhlükəsiz həyatını təmin etmək üçün ölkə qarşısında duran əsas vəzifələrin mahiyyəti barədə səsləndirdiyi fikirlərin önəmini vurğulayaraq deyib: “Cənab Prezident əldə olunan uğur və nailiyyətləri qeyd etməklə yanaşı, eyni zamanda da bildirdi ki, bu gün bizə qətiyyən arxayınlaşmaq, sayıqlığı itirmək olmaz. Azərbaycanın inkişaf etməsi, xalqın bundan sonra da təhlükəsiz həyatının təmin olunması üçün qarşıda duran vəzifələr yüksək effektivliklə icra edilməli, ölkə öz gücünü artırmalıdır. Bu baxımdan ən mühüm vəzifə hərbi gücün artırılmasıdır. Çünki dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması, Azərbaycanın ətrafında gərginliyin artması və ən əsası, Ermənistanda revanşizm meyllərinin xaricdən də təhrik olunması ölkəmizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Dövlət başçımızın dediyi kimi, hərbi gücümüz olmasa, biz heç bir müstəvidə - nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik. Ermənistan və onun arxasında duran bütün qüvvələr bilməlidir ki, Azərbaycanla şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. Buna görə də ölkəmiz hər an istənilən təhdidə layiqli cavab verməyə hazır olmalıdır”.

Paylaş:
134

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər