Aparıcının azyaşlı övladı bağçada ölüb

AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadəyə ağır itki üz verib.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, H.Əsədzadənin 2 yaşlı qızı dünən Səbail rayonu ərazisində yerləşən uşaq bağçalarının birində yıxılıb.
Hadisə Səbail rayonu İzzət Nəbiyev küçəsində yerləşən “Candy kids” adlı özəl uşaq bağçasında qeydə alınıb.
TƏBİB-dən sorğuya cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 18:00 radələrində özəl tibb müəssisəsinin qəbul şöbəsindən çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfində 2 yaşlı (qadın cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alın
238