Ziya Bünyadov prospektində hərəkətə qoyulan məhdudiyyət aradan qaldırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ziya Bünyadov prospektində hərəkətə qoyulan məhdudiyyət aradan qaldırılıb

10:14 - 28 / 09 / 2024
Ziya Bünyadov prospektində hərəkətə qoyulan məhdudiyyət aradan qaldırılıb

Ziya Bünyadov prospektində yük avtomobilinin aşması səbəbindən hərəkətə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonu, Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun yaxınlığında bitum daşıyan yük avtomobilinin aşması səbəbindən metronun "20 Yanvar" stansiyası istiqamətində avtomobillərin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

Paylaş:
206

Son xəbərlər

Bütün xəbərlər