74 illik evlilik sona çatdı - Mələk nənə dünyasını dəyişdi
Aylar öncə 74 illik uzunömürlü evlilikləri ilə bağlı 1news.az-a müsahibə verən 89 yaşlı Mələk Qocayeva bir neçə gün öncə dünyasını dəyişib.
Bu barədə onların nəvəsi Samir Qocayev məlumat verib:
“Nənəm şəkər xəstəliyindən əziyyət çəkirdi. Bir müddət öncə kənddə olanda müvazinətini itirib yıxılmışdı. Onda ayağından zədə almışdı, şəkər xəstəsi olduğu üçün də yarası sağalmaq bilmirdi. Təəssüf ki, vəziyyəti pisləşdi və rəhmətə getdi”.
O qeyd edib ki, Mələk nənə Birinci Qarabağ müharibəsinin şəhidi olan oğlu Xaqani Qocayevin yanında dəfn olunub.
94 yaşlı Hacan babaya gəlincə, nəvəsi bildirib ki, babası bəzən yaddaşı ilə bağlı problemlər yaşasa da, hazırda səhhəti yaxşıdır.
Allah rəhmət etsin!
549