Sabah Xəzər rayonunun bir hissəsində qaz olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah Xəzər rayonunun bir hissəsində qaz olmayacaq

Qafar Ağayev17:06 - 01 / 10 / 2024
Sabah Xəzər rayonunun bir hissəsində qaz olmayacaq

Sabah ( 02.10.2024-cü il tarixində) Xəzər rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"Azəriqaz"dan 1news.az-a verilən məlumata görə, Xəzər rayonu, Qala qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 02.10.2024-cü il saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması, işlər tamamlandıqdan sonra qaz təchizatının bərpası nəzərdə tutulur.

Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Stansiya Qala yaşayış massivinin təchizatında müvəqqəti fasilə yaranacaq.

Paylaş:
230

Son xəbərlər

Bütün xəbərlər