Bakıda məktəblilər arasında bıçaqlanma olub, ölən var - YENİLƏNİB
Yetkinlik yaşına çatmayan şəxsin ölməsi faktı üzrə cinayət işi başlanıb.
1news.az Sabunçu rayon prokurorluğunun məlumatına istinadən xəbər verir ki, oktyabrın 2-si Sabunçu rayonu ərazisində yetkinlik yaşına çatmayan R.B-nin (şərti) almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla yetkinlik yaşına çatmayan K.N-nin (şərti) rayonun Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla bud nahiyəsinə xəsarət yetirməsi nəticəsində R.B-nin (şərti) müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, K.N (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
***
09:18
Bakıda bıçaqlanma hadisəsi baş verib.
1news.az-ın Report-a istinadən xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, 71 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi 2008-ci il təvəllüdlü A.S (şərtidir) D. N-ı (şərtdir) bud nahiyəsindən bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü( sağlamlığa ağır zərər vurma, zərərçəkmiş ölümü ilə nəticələnəndə) maddəsi il cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirib ki, cinayət əməlini törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.